Okt
2020
12:24
167
411
2756
Virtual karabakh

Özbəkistan Azərbaycanın iqtisadi təcrübəsini öyrənməkdə maraqlıdır - FOTO

1 Okt, 2020
12:24
2756

Özbəkistan Azərbaycanın iqtisadi təcrübəsini öyrənməkdə maraqlıdır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının (İİTKM) Özbəkistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Baxrom Aşrafxanovla görüşü keçirilib. 

Mərkəzdən Oxu.Az-a verilən məlumata əsasən, görüşdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ilk növbədə Azərbaycan Ermənistan təmas xəttində yaşanan gərginlik, Ermənistan ordusunun cəbhə xətti boyunca törətdiyi təxribatlar, eləcə də, yaşayış məntəqələrinə, mülki əhaliyə ağır artilleriyadan açılan atəşlər və Azərbaycan ordusunun əks-hücum əməliyyatları barədə məlumat verib. O bildirib ki, Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə adekvat cavab tədbirləri həyata keçirir, Azərbaycan ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. 

Özbəkistanın Azərbaycandakı səfiri cənab  Baxrom Aşrafxanov  isə öz növbəsində qeyd edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, suveren hüquqların qorunması ilə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. 

Ümumi müzakirə zamanı Vüsal Qasımlı ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsi barədə məlumatlar təqdim edib. O həmçinin qeyd edib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin həyata keçirdiyi Azexport portalı, Enterprise Azerbaijan portalı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, eləcə də Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti region, eləcə də dünya ölkələri ilə əlaqələrin inkişafına öz töhfəsini verir. 

Azexport portalının rəhbəri Ayxan Qədəşov portalın fəaliyyəti barədə məlumat verib. O bildirib ki, Portal Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası olduğu üçün sahibkarlar öz yerli məhsullarını ödənişsiz qaydada bütün dünyada nümayiş etdirə bilirlər. Azexportun fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn ticarət platformalarında mövcudluğu 500 dəfə artıb.

Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov  Azərbaycan üçün həssas bir məqamda onu qəbul etdiyi üçün Vüsal Qasımlıya bir daha təşəkkür edib. O bildirib ki, Özbəkistan Azərbaycanda nəqliyyat-logistika, rəqabətqabilliyətli, innovativ ticari əlaqələrin reallaşmasına dair təcrübənin öyrənilməsində maraqlıdır. 

Səfir əlavə edib ki, ölkədə aparılan islahat prosesinin bir nümunəsi kimi Azexport portalının və Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti onların diqqətini xüsusi cəlb edib. Məhz bu səbəbdən ölkəsi, Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi vasitəsi ilə Azexport portalının təcrübəsinin öyrənilməsində maraqlıdırlar. 

Müzakirə zamanı həmçinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Özbəkistan Prezident Administrasiyası nəzdində İqtisadi Tədqiqatlar və İnkişaf Mərkəzi arasında əməkdaşlığın qurulması üzrə səfirliyin yardımçı olacağı qeyd edilib. Səfir bildirib ki, Özbəkistanın informasiya resursları da Azərbaycanın iqtisadi və innovativ layihələri barədə məlumatlar dərc etməkdə maraqlıdırlar. 

Özbəkistanın Azərbaycan Respublikasındakı səfiri cənab Baxrom Aşrafxanov həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri