Okt
2020
15:10
3343
58
8815
Virtual karabakh

Azərbaycan əhalisinin 93 faizi Dağlıq Qarabağın azad olunacağına inanır

1 Okt, 2020
15:10
8815

Azərbaycan əhalisinin 93 faizi Dağlıq Qarabağın azad olunacağına inanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial Tətqiqatlar Mərkəzi “II Qarabağ Savaşı və onun ictimai rəydə qiymətləndirilməsi” üzrə aparılan sorğunun nəticələrini açıqlayıb. 

Mərkəzin rəhbəri Zahid Oruc bildirib ki, mərkəz sorğuda 27 sentyabra qədər Tovuz istiqamətində və Ermənistanın Azərbaycanın sərhədyanı bölgələrinə hücumundan sonra ictimai siyasi mühiti öyrənməyə çalışıb.

Sorğuda 2700 nəfər iştirak edib və sorğu aşağıdakı sualları əhatə edib. 

Azərbaycan dövləti və xalqı bu müharibəyə nə dərəcədə hazırdır sualına 94 faizdən çox insan cavab olaraq bildirib ki, Azərbaycan xalqı və dövləti müharibəyə tam hazırdır. 

Azərbaycan ordusunun bugünkü gücünü əhali necə qiymətləndirir? - sualına isə cavabların 98 faizdən çoxu Azərbaycan ordusunun gücünə inamın yuxarı olduğunu əks etdirib. Qeyd olunub ki, əvvəlki sorğularda da bu nəticə 90 faizdən yuxarıdır. 

93 faizdən çox insan Dağlıq Qarabağ uğrunda mübarizənin hərbi yolla uğurla başa çatdırılacağına və uğurlu nəticə əldə ediləcəyinə inanır. 

Dağlıq Qarabağ uğrunda mübarizə sizin üçün nə məna ifadə edir? - sualına isə 89,6 faiz iştirakçı “Biz Dağlıq Qarabağ və ətraf yeddi rayonun azad olunacağına inanırıq” cavabını verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri