Okt
2020
16:57
1172
37
5997
Virtual karabakh

“İrşad Electronics” hərbiyə gedən hərbi vəzifəlilərin ailələrinə 30 min manat birdəfəlik maddi yardım ayırdı

1 Okt, 2020
16:57
5997

“İrşad Electronics” hərbiyə gedən hərbi vəzifəlilərin ailələrinə 30 min manat birdəfəlik maddi yardım ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad Electronics” Qarabağ uğrunda döyüşlərə səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 30 000 manat həcmində birdəfəlik maddi yardım ayırıb.

Ayrılan vəsait Bakı da daxil olmaqla, ölkəmizin digər regionlarından olan az təminatlı 100 ailəni əhatə edir. Müvafiq ailələrin siyahısı şirkət tərəfindən artıq müəyyən edilib və təşkilati işlərə başlanılıb. 

Qeyd edək ki, ötən gün şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini də artıq dondurub. Bundan əlavə ordumuza dəstək olmaq məqsədi ilə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat köçürüb. 

“İrşad Electronics” qələbə uğrunda gedən döyüşlərdə ordumuza qoşulan əməkdaşları da daxil olmaqla bütün hərbçiləri sağ salamat, şad xəbərlə qayıtmalarını arzulayır. 

Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən “İrşad Electronics” müştərilərə məhsul çeşidi təklifini və xidmət səviyyəsini artırmaq məqsədilə portfelində olan brendlərin, məhsul modellərinin sayını genişləndirib.

Hazırda Azərbaycanda 33 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 22-i Bakıda, biri Masazırda, biri Xırdalanda, digərləri isə regionlarda yerləşir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri