Okt
2020
23:22
2538
103
19092
Virtual karabakh

Cəbhə bölgəsinə daha 23 yük avtomobili ilə təkər göndərilib - VİDEO

2 Okt, 2020
23:22
19092

Cəbhə bölgəsinə daha 23 yük avtomobili ilə təkər göndərilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər şey Vətən üçün” aksiyası çərçivəsində təkər dolu növbəti yük avtomobil karvanı cəbhə bölgəsinə yola salınıb. Bu dəfə 23 yük avtomobili ilə 16000-dən artıq təkər göndərilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda belə deyilir. 

Qeyd edək ki, “Hər şey Vətən üçün” aksiyasına “Təmiz Şəhər” ASC də qoşulub. Belə ki, yola salınan təkərlərin 10 mini Balaxanı poliqonundan toplanıb.

Xatırladaq ki, iyul ayından düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə “Hər şey Vətən üçün” aksiyasına başlayıb. Ötən müddətdə cəbhəyə 83 yük avtomobili ilə 42500-dən artıq təkər göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri