12 
Okt
2020
17:38
243
25
2684
Virtual karabakh

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyat müddəti uzadıldı

12 Okt, 2020
17:38
2684

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyat müddəti uzadıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əsas və əlavə yerləşdirmə nəticəsində ali təhsil müəssisələrinə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti oktyabrın 14-dək uzadılıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, abituriyentlər 14 oktyabr saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri