14 
Okt
2020
14:18
271
12
1379
Virtual karabakh

Sahibkarlar tərəfindən 27,8 milyard manatlıq məhsul istehsal edilib

14 Okt, 2020
14:18
1379

Sahibkarlar tərəfindən 27,8 milyard manatlıq məhsul istehsal edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-sentyabr aylarında 27,8 milyard manatlıq məhsul istehsal edilib.

Bu barədə Dövlət Statistika komitəsindən məlumat verilib. 

Belə ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az sənaye məhsulu istehsal edilib.
Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,1 faiz azalması hesabına baş verib. Lakin, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 10,8 faiz artıb.

Sənaye məhsulunun 60,1 faizi mədənçıxarma sektorunda, 33,8 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri