15 
Okt
2020
03:00
79
1324
17994
Virtual karabakh

Ermənistanın atdığı raketin ağırlığını çiyinlərində daşıyacaq 2 yaşlı Nilay - VİDEO

15 Okt, 2020
03:00
17994

Ermənistanın atdığı raketin ağırlığını çiyinlərində daşıyacaq 2 yaşlı Nilay - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bundan sonra 2 yaşlı qızcığaz Ermənistanın atdığı raket zərbəsinin ağırlığını çiyinlərində gəzdirəcək.

Baku TV xəbər verir ki, 2 yaşlı körpə Nilayın 6 gün sonra ad günü olacaq. Ancaq o 3-cü doğum gününü valideynləri olmadan qeyd edəcək. Eynilə növbəti günləri kimi…

“Körpə uşaq dayanmadan ağlayır. Onu sakitləşdirmək üçün deyirik ki, anan gələcək”.

Bunu Nilayın xalası Rəna Quliyeva deyir. O əlavə edir ki, Nilay ağlayaraq ata-anasını soruşur. Elə o an çarəsiz qohumlar nə edəcəyini bilmir. Nilayın nənəsi Sevil Babazadə isə bildirir ki, Ermənistanın Gəncəyə mülki əhaliyə qarşı törətdikləri soyqırımı idi.

Sevil xanım deyir ki, 2 yaşlı nəvəsinin dağıntılar altından sağ çıxması bir möcüzə olub. Çünki körpə anası və atası ilə birgə yatırmış.

Qeyd edək ki, balaca Nilay düşmən hücumu zamanı ata və anası ilə yanaşı, həm də nənəsi Afaq Əliyevanı da itirib.

Ermənistanın raket zərbələri endirdiyi Gəncədə üç uşaq hər iki valideynini itirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri