15 
Okt
2020
12:49
687
29
4308
Virtual karabakh

Bakı metrosunda nəzarət tədbirləri gücləndirilib - RƏSMİ

15 Okt, 2020
12:49
4308

Bakı metrosunda nəzarət tədbirləri gücləndirilib - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metrosunda dezinfeksiya işlərinin gücləndirilməsi və sərnişinlərin mövcud qaydaya riayət etməsi istiqamətinə nəzarət tədbirləri gücləndirilib.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, koronavirus pandemiyası ilə mübarizə tədbirləri iki istiqamətdə aparılır:

“Ən vacib məsələlərdən biri dezinfeksiya tədbirlərinin tam qaydalara uyğun şəkildə aparılmasıdır. Cari dövrdə sərnişin axını nəzərə alınaraq, dezinfeksiya tədbirlərimiz daha da intensivləşdirilib. Tərəfimizdən sərnişinlər sosial məsafəyə riayət etməyə dəvət olunur.

Ümumiyyətlə, bu gün hər kəs öz üzərinə düşən məsuliyyəti hiss etməli və mövcud qaydalara riayət etməlidir ki, əsgərlərimizin gözü yolda qalmasın”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri