16 
Okt
2020
10:08
674
260
22197
Virtual karabakh

Azərbaycanda bütün təhsil müəssisələrində tətil elan olundu - RƏSMİ

16 Okt, 2020
10:08
22197

Azərbaycanda bütün təhsil müəssisələrində tətil elan olundu - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda COVID-19-a yoxulmanın yenidən artması ilə əlaqədar “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

Qərara əsasən, məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilib.

Məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri