16 
Okt
2020
11:08
392
61
16000
Virtual karabakh

Emin Əmrullayev təhsil müəssisələrində tətilin səbəbini açıqladı - VİDEO

16 Okt, 2020
11:08
16000

Emin Əmrullayev təhsil müəssisələrində tətilin səbəbini açıqladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkədə koronavirusa yoluxma sayının artımı təhsil müəssisələrinin müvəqqəti bağlanmasına səbəb oldu.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, yoluxma dinamikasının artımı nəzərə alınaraq, gələn həftənin birinci günündən məktəblərdə tətil elan olunub:

“Nəzərə alınmalıdır ki, yoluxma ilə bağlı iki milyona yaxın təhsilalan və bir neçə min təhsil işçisi təhlükə qarşısında qalır. Onların təhlükəsizliyi nəzərə alınaraq, bu addım atılıb”.

Nazir bildirib ki, sentyabrın 15-dən bir həftə ərzində iki məktəb bağlanmışdısa, son günlər yoluxma halları ilə bağlı gündə bir neçə təhsil müəssisəsi bağlanıb:

“Bununla bağlı qərarı düzgün hesab edirik. Yoluxmanın 500-ə qalxması təhlükəlidir. Əminik ki, iki həftə ərzində stabilləşmə əldə olunacaq.. Noyabrın 2-dən sonra yenidən təhsilin davam etdirilməsi ilə bağlı məsələyə baxılacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri