16 
Okt
2020
11:18
28
532
6181
Virtual karabakh

Azərbaycanda koronavirusa görə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı bilindi - VİDEO

16 Okt, 2020
11:18
6181

Azərbaycanda koronavirusa görə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı bilindi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən gün Azərbaycanda yoluxma sayı 500-ə çatıb. Yoluxma dinamikası tək ölkəmizdə deyil, dünya ölkələrində də müşahidə edilir”.

Oxu.Az-ın brifinqdə olan müxbirinin verdiyi məlumata görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu gün ölkədə reanimasiyada 113 xəstə var, onlardan 13-ü süni tənəffüs aparatına qoşulub. 

O qeyd edib ki, dünyada 38 milyondan çox adam COVID-ə yoluxub ki, onlardan bir milyondan çoxu ölüb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri