16 
Okt
2020
13:06
35
347
1837
Virtual karabakh

Ölkә üzrә yük daşınmalarının həcmi azalıb

16 Okt, 2020
13:06
1837

Ölkә üzrә yük daşınmalarının həcmi azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar-sentyabr aylarında yük vә sәrnişin daşımaları ötәn ilin eyni dövrü ilә müqayisәdә 18,5 faiz vә 37,4 faiz azalıb.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, 2020-ci ilin yanvar-sentyabr ayları әrzindә nәqliyyat sektorunda fәaliyyәt göstәrәn tәsәrrüfat subyektlәri tәrәfindәn 140,6 milyon ton yük daşınıb. Yüklәrin 3,1 faizi dәniz, 7,7 faizi dәmir yolu, 0,2 faizi hava, 59,1 faizi avtomobil nәqliyyatı, 29,9 faizi isә boru kәmәri ilә daşınıb.

2020-ci ilin yanvar-sentyabr aylarında nәqliyyatçılar 931,7 milyon sәrnişinә xidmәt göstәrib. Sәrnişinlәrin 92,3 faizi avtomobil nәqliyyatı, 7,5 faizi metro, qalan hissәsi isә digәr nәqliyyat növlәri ilә daşınıb.

Dәmir yolu nәqliyyatı ilә 2020-ci ilin yanvar-sentyabr ayları әrzindә 10,8 milyon ton yük, 1 milyon 669,7 min sәrnişin daşınıb. Orta hesabla sutkada 275 vaqon yüklәnmiş, 391 vaqon isә boşaldılıb.

Dәniz nәqliyyatı ilә 2020-ci ilin yanvar-sentyabr aylarında daşınmış yüklәrin hәcmi 4 milyon 377,9 min ton tәşkil edib vә әvvәlki ilin müvafiq dövrünә nisbәtәn 2,4 faiz azalıb. Yüklәrin 32,4 faizini neft yüklәri tәşkil edib.

Dәniz limanları tәrәfindәn 6 milyon 545,6 min ton hәcmindә yüklәmә-boşaltma işlәri hәyata keçirilib və yüklәrin 6 milyon 241,8 min tonunu tranzit yüklәr tәşkil edib. Dövr әrzindә bu nәqliyyat növü ilә daşınmış sәrnişinlәrin sayı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 8,2 faiz artıb və 17,1 min nәfәr olub.

Nәqliyyat sektorunda daşımaların hәcmindә xüsusi çәkisi әn böyük olan avtomobil nәqliyyatı ilә 83 milyon ton yük, 859,9 milyon sәrnişin daşınıb. Sәrnişinlәrin 96,3 faizi avtobus, 3,7 faizi isә minik taksilәrinin xidmәtlәrindәn istifadә edib. Metro nәqliyyatının xidmәtlәrindәn istifadә etmiş sәrnişinlәrin sayı 59 faiz azalıb və 69,6 milyon nәfәr olub.

Hava nәqliyyatı ilә 522,4 min sərnişin daşınıb vә bu, 75,2 faiz az sәrnişin deməkdir.  Bu nәqliyyat növü ilә yükdaşıma 2,4 dәfә artaraq 316,5 min ton olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri