16 
Okt
2020
17:18
586
26
1539
Virtual karabakh

Təhsil naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb

16 Okt, 2020
17:18
1539

Təhsil naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 16-da Təhsil naziri Emin Əmrullayev Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Təhsil naziri Ermənistanın təcavüzü nəticəsində üç məktəblinin həlak olması, 15 məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-dək məktəbə zərərin dəyməsi ilə bağlı məlumatı səfirin diqqətinə çatdırıb.

Səfir, öz növbəsində, Gürcüstanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri