18 
Okt
2020
01:46
43
725
8523
Virtual karabakh

Ağdaşda iki avtomobil toqquşdu: Üç nəfər öldü, dörd nəfər xəsarət aldı - FOTO

18 Okt, 2020
01:46
8523

Ağdaşda iki avtomobil toqquşdu: Üç nəfər öldü, dörd nəfər xəsarət aldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşın Nəvətava kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala sakinlərinə məxsus “VAZ 2114” və “Chery” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri - 1990-cı il təvəllüdlü Oruc Heydərov, 1988-ci il təvəllüdlü Sadıqov Orxan Sadiq oğlu, 1990-cı il təvəllüdlü Muradov Sərxan Hacıəli oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində ölüblər. Avtomobillərdə olan və adları hələ ki məlum olmayan 4 nəfər sərnişin isə ağır xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisə zamanı ölən və xəsarət alan şəxslər avtomobillərdə sıxılmış vəziyyətdə qaldıqları üçün əraziyə FHN-in Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsində yerləşən xilasetmə briqadası cəlb olunub, xüsusi kəsici alətlərdən istifadə olunaraq vətəndaşlar avtomobillərdən çıxarılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri