18 
Okt
2020
12:05
424
25
5201
Virtual karabakh

Sabahın hava proqnozu açıqlandı

18 Okt, 2020
12:05
5201

Sabahın hava proqnozu açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz  22-25, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz olacaq.  

Oktyabrın 19-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz  15-20 dərəcə  isti olacaq.   

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri