18 
Okt
2020
20:06
1845
30
2722
Virtual karabakh

Haqq səsimiz Moldovada da eşidildi - FOTO

18 Okt, 2020
20:06
2722

Haqq səsimiz Moldovada da eşidildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində ölkəmizin müstəqillik ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Türkiyənin Moldovadakı səfiri Halil Gürol Sökmensüer, Moldova Prezidentinin Xarici siyasət məsələləri üzrə məsləhətçisi Aureliu Çokoy, Moldova Azərbaycanlıları Konqresinin (MAK) rəhbəri Elçin Bayramov, digər qonaqlar və 100-ə yaxın həmvətənlərimiz iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Q.Osmanov gələn qonaqları salamlayıb, həmyerlilərimizə ata yurdlarına toplaşdıqları üçün təşəkkür edib, ölkəmizin müstəqillik tarixindən söhbət açıb, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti silahlı təxribat nəticəsində cəbhə bölgəsində gedən münaqişədə Ermənistan hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirib, davamlı olaraq Azərbaycanın bir sıra rayon və şəhərlərində mülki əhali və mülki infrastrukturun ermənilər tərəfindən raket atəşinə məruz qoyulduğunu, Gəncənin növbəti dəfə raket atılması nəticəsində mülki əhalinin həlak olması və yaralanmasını, ölkəmizin ikinci ən böyük şəhərində şiddətli dağıntılar törədildiyini dilə gətirib.

Daha sonra tədbirdə Türkiyənin Moldovadakı səfiri H.G.Sökmensüer çıxış edərək, Türkiyənin qardaş ölkə Azərbaycanla bir millət, iki dövlət olduğunu qeyd edib, həm sevincli, həm də çətin günlərdə daim Azərbaycanın yanında olduqlarını vurğulayıb, erməni təcavüzü nəticəsində Gəncə və digər Azərbaycan şəhərlərində baş verənləri qətiyyətlə pisləyib.

Eyni zamanda, tədbirdə iştirak edən Moldova Prezidentinin Xarici siyasət məsələləri üzrə məsləhətçisi A.Çokoy çıxışında Moldovanın beynəlxalq hüquq normalarına uyğun olaraq və Helsinki Yekun aktında qeyd olunmuş prinsiplərə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini, Moldova-Azərbaycan arasında mövcud dostluq münasibətlərinin davam etdirilməsində maraqlı olduğunu və dinc əhaliyə qarşı törədilən təxribatların qəbuledilməz olduğunu diqqətə gətirib.

Tədbirdə çıxış edən MAK-ın sədri E.Bayramov Moldovada yaşayan azərbaycanlılar adından ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşdiklərini və Azərbaycanın Silahlı Qüvvələrinə hər zaman dəstək nümayiş etdirdiklərini bildirib, Gəncə də daxil olmaqla digər Azərbaycan şəhərlərində baş verən erməni təcavüzkarlığını şiddətlə qınayıb. Azərbaycanlı icmanın fəallarından olan Maarif Rəhimov vətənpərvərlik ruhunda nitq söyləyərək, həmyerlilərini erməni təxribatına qarşı güclü olmağa, birlik nümayiş etdirməyə və ölkəmizin haqlı mövqeyini Moldovada daim səsləndirməyə çağırıb.

Bundan əlavə, tədbirdə Gəncə hadisələrinin qurbanları və erməni vəhşiliyi nəticəsində törədilmiş dağıntılar əks edilmiş fotoşəkillərdən ibarət guşə yaradılıb, buraya tədbirdə iştirak edən qonaqlar tərəfindən güllər düzülüb, baş verən faciənin dəhşətləri barədə məlumatlar verilib. Tədbirin sonunda bir sıra torpaqlarımızın işğaldan azad edilməsinin şərəfinə səfir Q.Osmanov və digər qonaqlar tərəfindən dövlət rəmzləri olan bayraq və gerbimizdə təsvir edilən səkkizgüşəli ulduza istinadən səkkiz ədəd şam ağacı əkilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri