19 
Okt
2020
09:45
1381
20
6599
Virtual karabakh

Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur

19 Okt, 2020
09:45
6599

Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulacaq.

Bu barədə Oxu.Az-a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən məlumat verilib.

Bildirilib ki, sözügedən ərazilərdə kanalların yenidən qurulması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi üçün məsləhətçi şirkətin seçilməsi nəzərdə tutulub. Bunun üçün isə açıq tender elan edilib.

Qeyd edək ki, Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı daha da yaxşılaşdırılacaq. Yenidənqurma ölkə prezidentinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri