19 
Okt
2020
11:50
1195
23
4291
Virtual karabakh

Müstəqillik Günündə “Neptun”dan əsgərlərimizə dəstək - FOTO

19 Okt, 2020
11:50
4291

Müstəqillik Günündə “Neptun”dan əsgərlərimizə dəstək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini intensiv atəşə tutub. Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-hücum tədbirlərini həyata keçirir. Artıq ciddi uğurlarımız var, bir sıra ərazilərimiz işğaldan azad edilib, düşmən böyük itkilər verib. 18 Oktyabr Müstəqillik Günündə isə ordumuz şanlı bayrağımızı Xudafərin körpüsünə sancıb.

Belə bir gözəl gündə “Neptun Supermarketlər Şəbəkəsi”nin atdığı daha bir nümunəvi addım, xüsusən də, əsgərlərimiz üçün böyük ruh yüksəkliyi verir.

18 Oktyabr Müstəqillik Günü ilə əlaqədar olaraq, “Neptun Supermarketlər Şəbəkəsi”i kollektiv şəkildə “N” Saylı hərbi hissəyə gedərək əsgərlərimizə dəstək olublar. Yüzlərlə əsgərin ilkin ehtiyaclarını qarşılayan şirkət əməkdaşları, bundan qürur duyduqlarını deyiblər.

Məlumat üçün qeyd edək ki, 29 sentyabr 2020-ci il tarixində “Neptun Supermarketlər Şəbəkəsi” Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 30000 AZN (Otuz min manat) məbləğində ianə köçürüb.

Tanrı Azərbaycan xalqını və ordusunu qorusun!

Qarabağ Azərbaycandır!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri