19 
Okt
2020
14:48
642
28
2585
Virtual karabakh

İlin əvvəlindən 15 uşaq övladlığa götürülüb

19 Okt, 2020
14:48
2585

İlin əvvəlindən 15 uşaq övladlığa götürülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-sentyabr aylarında ölkəmizdə 15 uşaq (14-ü Azərbaycan vətəndaşı, 1-i əcnəbi tərəfindən) övladlığa götürülüb. Onlardan 5-i qız, 10-u oğlandır.

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, övladlığa götürülmüş uşaqların 6-sı 3 yaşa qədər, 4-ü 4-6 yaş, 4-ü 7-11 yaş, 1-i 12-18 yaş aralığındadır. Uşaqlardan 14-ü evli cütlüklər, 1-i tək ana tərəfindən övladlığa götürülüb.

Bu ilin 9 ayında da ötən dövrdə övladlığa götürülmüş 90 uşağın əyani, habelə pandemiya dövründə 1444 uşağın distant formada monitorinqi aparılıb.

Xatırladaq ki, övladlığagötürmə üzrə idarəetmə 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd olunan sahədə yeni idarəetmə modelinin əsas prinsiplərindən biri - uşaqların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasına güclü nəzarətin həyata keçirilməsidir. Övladlığa götürülən uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyətinin öyrənilməsi üçün monitorinqlər aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri