21 
Okt
2020
11:00
182
19
3770
Virtual karabakh

Sifarişləriniz “Zenbil”lə gəlsin - FOTO

21 Okt, 2020
11:00
3770

Sifarişləriniz “Zenbil”lə gəlsin - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda əhaliyə yüksək səviyyədə xidmət göstərən şirkət öz əhatə dairəsini genişləndirir.

Evdən çölə çıxmadan, bir toxunuşla istədiyiniz bütün ərzaq məhsulları evinizə gəlsin. Necə? Çox asan. Söhbət ərzaq məhsullarının çatdırılmasını etibar edə biləcəyiniz gigiyena normalarına tam cavab verən, güvənli, sürətli kuryer xidməti olan “Zenbil” kuryerdən gedir.

Şirkət müasir texnoloji imkanlardan istifadə edərək, vətəndaşlara operativ və etibarlı xidmət göstərir. Fəaliyyətə yeni başlayan şirkət artıq paytaxtın müxtəlif ərazilərində fəaliyyətini davam etdirir. Xüsusilə paytaxtın Nəsimi, Nəriman Nərimanov, Xətai, Binəqədi rayonlarında yaşayan sakinlərə xidmət göstərən şirkət Yasamal rayonunun bir hissəsindən gələn sifarişləri də qəbul edir. 

Səhər sifariş verib axşam sifarişlərinizi əldə etməkdən yorulmusunuz? O zaman bu fürsəti qaçırmayın. Məhsulların müştərilərə zamanında çatdırılması üçün şirkətin 20 kuryer əməkdaşı var. Yaxın zamanda isə Nizami rayonu ətarfında yaşayan sakinlər də “Zenbil” kuryerin xidmətlərindən yararlana biləcəklər. 

Bəs sifarişi necə etməli? Heç bir internet səhifəsinə daxil olmadan, sadəcə, mobil telefonunuza endirəcəyiniz tətbiq vasitəsilə bütün sifarişlərinizi verə biləcəksiniz. Sifariş vermək üçün İOSAndroid sistemlərindən “Zenbil” tətbiqini endirmək və qeydiyyatdan keçmək kifayətdir.

Tətbiq vasitəsilə mağazanı seçərək, alış-veriş edə bilərsiniz. Sifarişlər minimum 10 AZN məbləğində götürülür, çatdırılma isə ödənişsizdir. Maksimum bir saat ərzində sifarişlər müştərilərə çatdırılır.

Ölkə ərazisində karantin qaydaları və komendant saatı nəzərə alınmaqla, gün ərzində bütün sifarişlər saat 20:00-a qədər götürülür.  

Sizin rahatlığınız bizim adımızdır!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri