20 
Okt
2020
16:46
919
26
3090
Virtual karabakh

Ermənistan inkişaf edən regionda yoxsulluq anklavına çevriləcək - TƏHLİL

20 Okt, 2020
16:46
3090

Ermənistan inkişaf edən regionda yoxsulluq anklavına çevriləcək - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın beynəlxalq hüquqi müstəvidə tanınmış ərazisi olan Dağlıq Qarabağda 2020-ci ilin 27 sentyabr tarixində başlayan müharibənin zəif və dayanıqsız resurs bazasına malik Ermənistan iqtisadiyyatına dağıdıcı təsirləri qaçılmazdır.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Müharibəyə qədər olan dövrün göstəriciləri artıq bu ölkənin iqtisadiyyatının tamamilə çökmüş vəziyyətdə olduğunu əks etdirir. 

Məlumatda bildirilib ki, beynəlxalq reytinq agentliyi “Fitch Raintings” Ermənistanın uzunmüddətli kredit reytinqini B+ səviyyəsinə endirib. Bu göstərici ölkənin kredit reytinqinin kafidən əhəmiyyətli dərəcədə aşağı, maliyyə vəziyyətinin isə əhəmiyyətli dərəcədə dəyişkən olduğunu göstərir.

Həmçinin, investisiyanın müharibə dövründə kəskin azalması və vəsaitlərin ölkədən kütləvi şəkildə çıxması dərin makroiqtisadi qeyri-stabillik, işsizliyin kəskin artımı, kapitalın köhnəlməsi, məhsuldarlığın azalması və beləliklə potensial inkişaf ümidlərini heçə endirərək iqtisadi dayanıqsızlıq vəziyyəti yaradacaq. Milli yığımın minimal səviyyəsi və dövlətin xarici borc cəlb etmə imkanlarının məhdudluğu daxili investisiya imkanlarını məhdudlaşdırıb.

“Dünya investisiya hesabatı 2020”-nin məlumatına əsasən son 6 il ərzində Ermənistana cəmi 1,6 milyard ABŞ dolları həcmində Birbaşa Xarici İnvestisiya (BXİ) yatırılıb. Müqayisə üçün Azərbaycanda bu rəqəm 19 milyard ABŞ dollarıdır. 

BXİ-nin Ermənistan iqtisadiyyatından sürətli çıxışı iqtisadi aktivlikdə fəlakət ssenarisi deməkdir. Müharibənin panik effekti də əlavə edildikdə Ermənistanın milli valyutası - dramın kəskin ucuzlaşması qaçılmaz olacaq. Ermənistan iqtisadiyyatına BXİ-nin cəlb edilməsini şərtləndirəcək amillər demək olar ki yoxdur.

Qeyd edilib ki, yaxın və uzaq perspektivdə Ermənistan iqtisadiyyatında daxili investisiya qoyuluşlarının aşağı düşməsi fonunda xarici investisiyanın ölkədən birtərəfli hərəkəti davam edəcək. Nəticə etibarı ilə Ermənistanda iqtisadi kiçilmənin davam etməsi, yoxsulluğun artımı ilə bərabər uzunmüddətli dövrdə bütövlükdə inkişaf edən regionda yoxsulluq anklavına çevriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri