20 
Okt
2020
15:51
325
29
2120
Virtual karabakh

Ötən ildən tətbiq olunan sığorta stajı amnistiyasından 25 minə yaxın şəxs faydalanıb

20 Okt, 2020
15:51
2120

Ötən ildən tətbiq olunan sığorta stajı amnistiyasından 25 minə yaxın şəxs faydalanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatmış şəxslərlə bağlı tətbiq olunan sığorta stajı amnistiyasından ötən dövrdə 25 minə yaxın şəxs faydalanıb.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlardan böyük hissəsi sığorta stajı amnistiyası nəticəsində pensiya hüququ əldə edib və pensiya təminatı sisteminə daxil olub. Digər qisminin isə pensiyaları ciddi şəkildə artıb.

Yaşlı əhaliyə humanist yanaşmanın nəticəsi olan bu islahat  çərçivəsində əmək pensiyası yaşına çatmış və fərdi hesabında ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə 2006-cı ilin  yanvarın 1-dək 25 il sosial sığorta stajı hədiyyə edilir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri