20 
Okt
2020
12:01
41
578
2082
Virtual karabakh

Nazir: “Düşmən təxribatı 100 mindən çox fermerin həyatına təsir edib”

20 Okt, 2020
12:01
2082

Nazir: “Düşmən təxribatı 100 mindən çox fermerin həyatına təsir edib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı ağır artilleriyadan hücuma keçib. Nəticədə, mülki əhali arasında ölən və yaralananlar var. Ermənistanın təcavüzü aqrar sektordan da yan keçməyib”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Beynəlxalq bitki sağlamlığı ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional videokonfransda Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

Onun sözlərinə görə, düşmən təxribatı 100 mindən çox fermerin həyatına təsir edib:

“Çox sayda heyvan tələf olub, fermerlərin yem ehtiyatı yandırılıb. 10 minlərlə hektar sahədə biçin məhdudlaşdırılıb, suvarma sistemləri dağıdılıb.

Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq tərəfdaşlara müraciət ünvanlayıb və Ermənistanın işğalçılıq siyasətini qınamağa çağırıb”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri