20 
Okt
2020
17:34
744
32
5072
Virtual karabakh

Bakıda xəttə yeni avtobuslar buraxılır - RƏSMİ

20 Okt, 2020
17:34
5072

Bakıda xəttə yeni avtobuslar buraxılır - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pik saatlarda sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərində ehtiyat avtobuslar xəttə çıxarılıb. Zərurət yarandıqca, avtobuslar daşımalara cəlb olunacaq”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb. 

O qeyd edib ki, avtobuslarla daşımaların əhəmiyyətini nəzərə alaraq, Mərkəzləşdirilmiş Vahid Dispetçer Mərkəzi ərazidə çalışan mobil qruplarla birgə çalışır:

“Lakin bir daha qeyd edirik ki, avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir.

Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edirik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri