21 
Okt
2020
13:53
246
37
3134
Virtual karabakh

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

21 Okt, 2020
13:53
3134

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçən 2256 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb. 

Təhsil Nazirliyindən verilən məlumata görə, test imtahanı mərhələsinə hazırlaşan namizədlər imtahan proqramı ilə tanış ola bilərlər.

İmtahan mərhələsi keçirilməzdən öncə müsabiqəyə elektron qeydiyyatın yenidən elan edilməsi nəzərdə tutulub. Müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə əvvəlcədən məlumat veriləcək.

Qeyd edək ki, müsabiqəyə elektron sənəd qəbulu bu ilin 28 sentyabr-5 oktyabr tarixlərində həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 3251 namizəd elektron qeydiyyatdan keçib, 2479 namizəd elektron ərizəsini təsdiqləyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri