22 
Okt
2020
14:43
408
28
2693
Virtual karabakh

Səbinə Babazadə: “İlkin mərhələdə aşkar edilən COVİD-19 xəstələrinin 85 faizi ağırlaşma olmadan sağalıb”

22 Okt, 2020
14:43
2693

Səbinə Babazadə: “İlkin mərhələdə aşkar edilən COVİD-19 xəstələrinin 85 faizi ağırlaşma olmadan sağalıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həkim kimi mütəxəssislərə müraciət etmədən evdə özünü müalicəni tövsiyə etmirəm. Özündə COVİD-19 simptomları hiss edənlər mütləq şəkildə ərazi üzrə poliklinikalara, sahə həkimlərinə müraciət etməlidirlər”.

Bunu AzTV-nin efirində yayımlanan “Gün Başladı” verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib.

S.Babazadə bildirib ki, həmin müraciətlər əsasında yaxma götürülür və yoxlanılır:

“Sahə həkiminin müşahidəsi altında status müəyyən edilir və dövlət hesabına o şəxslərə təmənnasız vitaminlər verilir. Son dörd ay ərzində belə bir praktikamız olub, yüngül simptomlu, ilkin mərhələdə aşkar edilən xəstələr Vitamin C, Maqnezium, Sink və s. verilir. Bu vitaminlərin qəbulu həm də mövsümə görə immun sisteminə müsbət təsir edir. Bu vitaminləri qəbul edən insanlar arasında 85 faiz xəstə ağırlaşmadan COVİD-19-dan sağalıb. Onu da qeyd edək ki, onların yanaşı xəstəlikləri olmayıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri