22 
Okt
2020
13:22
36
246
5814
Virtual karabakh

Qrip əleyhinə peyvəndlərin pulsuz vurulacağı qruplar açıqlandı - SİYAHI

22 Okt, 2020
13:22
5814

Qrip əleyhinə peyvəndlərin pulsuz vurulacağı qruplar açıqlandı - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq.  

Bunu AzTV-nin efirində yayımlanan “Gün Başladı” verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib.

O bildirib ki, qriplə COVİD-19 virusunun simptomları bənzər olsa da onları bir-birindən fərqləndirən kiçik nüanslar var:

“Vaksinlərin keyfiyyətinə görə, həm qiyməti, həm də saxlanılması qaydaları fərqli olur. Ölkəyə gətirilən bu vaksinlər çox keyfiyyətlidirlər. Nazirlik tərəfindən alınan bu peyvəndlər risk qrupunda olan bütün tibb işçilərinə, yaşı 65-dən yuxarı olan şəxslərə, hamilələrə və 6 aydan yuxarı olan uşaqlara vurulacaq. Digər qruplar isə özləri könüllü olaraq peyvənd üçün müraciət edə bilərlər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri