23 
Okt
2020
10:12
21
587
4882
Virtual karabakh

Metronun “Xalqlar Dostluğu” stansiyasının girişində məişət tullantıları qalaqlanıb - FOTO

Metronun “Xalqlar Dostluğu” stansiyasında zibil əlindən tərpənmək olmur.

Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Paylaşımda “Xalqlar Dostluğu” metrostansiyasında keçidlərdən istifadə edən insanların ərazini zibillədikləri qeyd olunub:

“Metronun “Xalqlar Dostluğu” stansiyasının keçidində gördüyüm mənzərə budur. Belə çətin dövrdə hər kəs vətənpərvərliyə köklənib. Amma unutmamalıyıq ki, öz vətənimizin, şəhərimizin yerlərini zibilləmək, divarları yazmaq olmaz”.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov ilə əlaqə saxladıq. O bildirdi ki, məsələdən xəbərdardır və ərazi həmin gün təmizlənib:

“Metro fəaliyyətini dayandırdığı üçün həmin keçidlərdən çox az adam istifadə edir. Bu səbəbdən də küləkli havalarda yüngül məişət tullantıları metrostansiyaların girişinə toplanır. Lakin fotodan da gördüyünüz kimi tullantılar stansiyanın içərisində deyil, girişində daha çox gözə çarpır. Aidiyyəti üzrə təmizlik işləri aparılıb”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri