23 
Okt
2020
12:47
202
139
3280
Virtual karabakh

İnfeksiya zəncirini yalnız sərt karantin və ya ümumi təcridetmənin tətbiqi ilə qırmaq mümkündür - MÜSAHİBƏ

23 Okt, 2020
12:47
3280

İnfeksiya zəncirini yalnız sərt karantin və ya ümumi təcridetmənin tətbiqi ilə qırmaq mümkündür - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusa yoluxma zəncirini yalnız sərt karantin və ya ümumi təcridetmənin tətbiqi ilə qırmaq mümkündür.

Media.az-ın məlumatına görə, bu barədə Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan və COVID-19-a yoluxanlarla işləyən həmyerlimiz, həkim Nigar Babayeva Azərbaycanda koronavirusa yoluxmada artımı şərh edərkən bildirib.

Bununla belə o, əvvəlcə bu cür sərt tədbirlərin tətbiqinin nə qədər təsirli olduğunu, ölkənin yenidən onlara nə dərəcədə hazır olduğunu düşünməyin vacibliyini vurğulayıb.

“Fikrimcə, koronavirusla mübarizədə ilin birinci yarısının nəticələrini təhlil etməyə, bütün səhvləri və çatışmazlıqları müəyyənləşdirməyə çalışmaq və yalnız bundan sonra qərar vermək daha yaxşıdır. Axı insanlar xəstə olublar və xəstələnməyə də davam edəcəklər. Öz təcrübəmdən deyə bilərəm ki, vaxtında aşkarlanma və adekvat müalicə ilə xəstəlik olduqca asanlıqla keçir”.

Müddət məsələsinə gəldikdə isə həkim pandemiyanın bizimlə böyük ehtimalla uzun müddət, bəlkə də sonsuza qədər qalacağını deyib.

“Biz sadəcə digər virus infeksiyalarının patogenləri ilə olduğu kimi onunla da yaşamağı öyrənəcəyik”, - deyə N.Babayeva sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri