23 
Okt
2020
17:06
630
61
15459
Virtual karabakh

“Bakı Metropoliteni” növbəti açılış dövrünə hazırlaşır

23 Okt, 2020
17:06
15459

“Bakı Metropoliteni” növbəti açılış dövrünə hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti  “Xocasən” elektrik deposunun tikinti işlərinin davam etdirilməsi ilə əlaqədar satınalmalar həyata keçirib.

Oxu.Az-ın elektron dövlət satınalmaları portalından əldə etdiyi məlumatına əsasən, “Bakı Metropoliteni” QSC bu istiqamətdə üç şirkətlə, ümumi dəyəri 443 min 797 manat həcmində müqavilələr bağlayıb.

Belə ki, metropolitenin yeni bənövşəyi xəttinə aid olan “Xocasən” elektrik deposunun “Blok Post” binasında, 1 və 2 saylı Nəzarət Buraxılış Məntəqələrində kondinsioner sisteminin quraşdırılması işlərinin həyata keçirilməsi üzrə Türkiyənin “DNZ Mühendislik” şirkəti ilə dəyəri 122 min 989 manat olan müqavilə imzalanıb. Həmin məntəqələrin santexnika və istilik sistemlərinin quraşdırılması işləri “TMS LTD” MMC-yə həvalə edilib. Şirkət ilə 66 min 858 manat dəyərində müqavilə bağlanıb. 

Həmçinin, elektrik deposunun mənzil tunellərində və 1A saylı ventilyasiya şaxtasında yanğın-texniki su xəttinin çəkilməsi işləri də “TMS LTD” MMC-yə tapşırılıb. Şirkətlə dəyəri 179 min 772 manat olan müqavilə imzalanıb.

Eyni zamanda, deponun ərazisində müxtəlif obyektlərdə və “B-3” stansiyasındakı Nəzarət Buraxılış Məntəqələrinin dizel generatorları binasında və 3 saylı ventilyasiya şaxtasında yanğın siqnalizasiya sisteminin quraşdırılması işləri üzrə “Fire Company” ilə razılıq əldə edilib. Satınalma üzrə şirkətə 74 min 178 manat vəsait ödəniləcək.

Qeyd edək ki, hazırda “Bakı Metropoliteni”nin “Xocəsən” elektrik deposunun tikintisi davam etdirilir. Deponun inşası ilə bağlı işlər qrafikə uyğun gedir. Birinci mərhələdə depo üç stansiyada xidmət göstərəcək qatarlara lazımi infrastruktur, təmir, qulluq baxımından önəmli rol oynayacaq. İkinci mərhələdə “Avtovağzal” - “Xocəsən” istiqamətində tunellərin inşasının başa çatması planlaşdırılır. Tunellərdən birində yol inftastrukturunun qurulması başa çatdırılıb. Digər tuneldə də bu istiqamətdə işlər davam etməkdədir.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri