24 
Okt
2020
00:35
420
35
3913
Virtual karabakh

Sənədlərin elektronlaşması TRACECA dəhlizində beynəlxalq yükdaşımaları daha səmərəli edəcək

24 Okt, 2020
00:35
3913

Sənədlərin elektronlaşması TRACECA dəhlizində beynəlxalq yükdaşımaları daha səmərəli edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi” Proqramı (TRACECA ) və Ümumdünya Yol Nəqliyyatı Təşkilatı (Wolrd International Road Organization - IRU) üzvləri arasında seminar keçirilib.

Oxu.Az-ın proqramın rəsmi saytından əldə etdiyi məlumata görə, seminar beynəlxalq yükdaşımaların təşkilində sənədlərinin rəqəmsallaşdırılmasına dair əldə edilən son uğurlara (“e-TIR” və “e-CMR” layihələri) həsr olunub.

Seminarda həm dövlət qurumlarının nümayəndələri, həm də nəqliyyat prosesində birbaşa iştirak edən yol nəqliyyatı şirkətlərinin milli nümayəndələri iştirak edib.

Vurğulanıb ki, Azərbaycan, İran və Türkiyə kimi TRACECA ölkələri 2021-ci ildə pilot tətbiqi olacaq “e-TIR” layihəsinə artıq əhəmiyyətli töhfələr veriblər. 

Seminar zamanı Azərbaycan, İran və Türkiyədən olan nümayəndələr, habelə, Beynəlxalq Yol Nəqliyyatı Birliyinin məruzəçiləri “e-TIR” pilot tətbiqi təcrübələrini və nəticələrini bölüşüblər, elektron sənədlərin istifadəsinin üstünlüklərindən bəhs ediblər.

Seminarın əsas məqsədi avtomobil nəqliyyatının rəqəmsallaşdırılmasında əldə edilən uğurlar barədə məlumat, fikir və təcrübə mübadiləsi aparmaq, eyni zamanda, “e-TIR” və “e-CMR” layihələrinin tətbiqi üçün koordinasiya olunmuş tədbirlərin birgə hazırlanmasıdır.

Bildirilib ki, kağız sənədlər əvəzinə prosedurların kompüterləşdirilməsi TRACECA dəhlizinin nəqliyyat səmərəliliyini və rəqabət qabiliyyətini daha da artıracaq.

Bundan əlavə, seminar çərçivəsində “e-CMR”dən istifadə perspektivləri müzakirə edilib.

Bu gün TRACECA-ya üzv olan 13 ölkədən 8-i (Bolqarıstan, İran, Moldova, Rumıniya, Türkiyə, Tacikistan, Özbəkistan, Ukrayna) “e-CMR”ə qoşulub.

Qeyd edilib ki, TRACECA və IRU elektron formata keçid təşəbbüsünü tam dəstəkləyir və rəqəmsal nəqliyyat sənədlərinin tətbiqinə dəstək verməyə hazırdır. Gələcəkdə TRACECA və IRU rəqəmsal nəqliyyat sənədlərinin praktik tətbiqini təmin etmək üçün konkret addımlar atmağa başlayacaq və nəqliyyatın səmərəliliyinin artırılması istiqamətində işlərini davam etdirəcəklər.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri