24 
Okt
2020
17:40
704
91
4493
Virtual karabakh

Qax və Zaqatala rayonlarının giriş-çıxışlarında karantin postları qurulub - FOTO/VİDEO

24 Okt, 2020
17:40
4493

Qax və Zaqatala rayonlarının giriş-çıxışlarında karantin postları qurulub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabinetinin 2020-ci il 23 oktyabr tarixli qərarı ilə oktyabrın 24-ü gecə saat 00:00-dan etibarən respublikanın daha bir neçə şəhər və rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 virusunun yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Zaqatala və Qax rayonlarının da giriş və çıxışlarında xüsusi karantin postları qurulub. Postlarda Polis Şöbələrinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş rejimdə xidmət aparırlar. Həmçinin, rayonların daxilində də polis naryadları tərəfindən ictimai iaşə müəssisələrində, insanların daha çox toplaşdığı ərazilərdə nəzarət tədbirləri keçirilir.

Sosial məsafənin qorunması, tibbi maskadan istifadənin zəruriliyi, tətbiq olunan qaydalara ciddi riayət olunmasının vətəndaşların sağlamlığının qorunması məqsədi daşıdığı sakinlərin diqqətinə çatdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri