24 
Okt
2020
17:39
59
725
1379
yuxarı
Düşmən təxribatları nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb - FOTO
Ermənistan təxribatları nəticəsində Azərbaycanın həyatını itirən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, sentyabrın 27-dən bu günə qədər Ermənistanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər isə yaralanıb.
Həmçinin, düşmənin hərbi təxribatları nəticəsində 398 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2174 yaşayış evi yarasız hala düşüb.
Eyni zamanda, 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub.
Hadisə zamanı 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
22 
Yan
2021
18:51
Dünyaca məşhur fotoqraf daha bir erməni vəhşiliyini nümayiş etdirdi - FOTO
485
15
4048
22 
Yan
2021
18:30
"Millətin doğuluşu": Şevçenkonun Azərbaycan səfəri sonrası təəssüratları
746
72
3775