26 
Okt
2020
16:46
28
731
5048
Virtual karabakh

Azərbaycanda koronavirus xəstəsi yaşadığı evi tərk etdi

26 Okt, 2020
16:46
5048

Azərbaycanda koronavirus xəstəsi yaşadığı evi tərk etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada COVID-19 xəstəsi icazəsiz yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon sakini Gülbaba Abdullayevə COVID-19 testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib. 

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb. 

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan G.Abdullayevin törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri