26 
Okt
2020
18:40
612
76
4174
Virtual karabakh

Sumqayıtda yol polisləri sərnişin avtobuslarında reyd keçirdilər - FOTO/VİDEO

26 Okt, 2020
18:40
4174

Sumqayıtda yol polisləri sərnişin avtobuslarında reyd keçirdilər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda yol polisləri sərnişin avtobuslarında tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Bildirilib ki, yol polisləri tərəfindən Sumqayıt şəhəri ərazisində ictimai nəqliyyata qoruyucu tibbi maskadan istifadə etməyərək daxil olan şərnişinlər və sürücülər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilirlər. Həmçinin, şöbə əməkdaşları tərəfindən Sumqayıt şəhər avtovağzalında və şəhərin çıxış nöqtələrində yaradılan mobil postlar vasitəsilə paytaxt istiqamətində hərəkət edən avtobuslarda sərnişinlərin karantin qaydalarına əməl edib-etmədiklərinə nəzarət olunur.

Qeyd edək ki, Sumqayıt avtovağzalında tibbi maskası olmayan sərnişinlərin avtobuslardan istifadə etməsinin qarşısı polislər tərəfindən qəti olaraq alınır.

Həmçinin, ictimai nəqliyyatda yol polisləri tərəfindən insanlar arasında daim profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji normalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə də tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilir.

Sumqayıt şəhərində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri