27 
Okt
2020
11:28
422
18
4312
Virtual karabakh

Dövlət komitəsi mükafat fondu 60 min manat olan müsabiqə elan edir - FOTO

27 Okt, 2020
11:28
4312

Dövlət komitəsi mükafat fondu 60 min manat olan müsabiqə elan edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi mükafat fondu 60 min manat olan müsabiqə elan edir.

Komitədən verilən məlumata əsasən, “Abşeron qəsəbələrinin memarlıq siması” adlı müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər.

Müsabiqənin əsas məqsədi Abşeronun Ramana, Pirşağı və Əmircan qəsəbələrinin ən yaxşı memarlıq planlaşdırma həllinin müəyyənləşdirilməsidir. Nəzərdə tutulan konsepsiya gələcək abadlıq işlərində, tikinti layihələrinin hazırlanmasında təklif ediləcək.

İştirakçılar qeyd olunan qəsəbələrdən birini və ya bir neçəsini seçmək hüququna malik olsalar da, seçilmiş hər bir ərazi üzrə ayrılıqda bir layihə təqdim olunmalıdır.

Müsabiqədə iştirak etmək istəyənlər 25 noyabr 2020-ci il tarixinədək qeydiyyatdan keçməli, layihələr isə 10 dekabr 2020-ci il saat 18:00-dan gec olmayaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır.

21 dekabr 2020-ci il tarixində elan olunacaq nəticələrə əsasən münsiflər heyətinin seçdiyi 4 nəfər mükafatlandırılacaq. I yerin sahibinə 10 min manat mükafat və I dərəcəli diplom, II yerin sahibinə isə 5 min manat və II dərəcəli diplom veriləcək. III yerin sahibləri (iki yer) isə hər biri 2 min 500 manat və III dərəcəli diplomla mükafatlandırılacaqlar.

Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək. Müsabiqədə iştirak pulsuzdur.

Seçilmiş layihə əsasında abadlıq işləri aparılacağı təqdirdə layihə müəllifi dəvət olunacaq.

Layihə üçün qeydiyyatdan keçmək, müsabiqə tapşırığı, iştirak şərtləri, qaydalar və digər detallarla tanış olmaq üçün “Abşeron qəsəbələrinin memarlıq siması” internet səhifəsini ziyarət edə bilərsiniz.

Qeyd edilib ki, müsabiqəyə təqdim olunan layihələrdə qəsəbə mühitinin estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq, mühit-məkan həllinin müəyyənləşdirilməsi əsas prinsiplərdən olmalıdır.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri