28 
Okt
2020
11:03
18
192
1162
yuxarı
Kommersiya banklarının xarici aktivlərinin həcmi azalıb
28 Okt, 2020
11:03
1162
18
192
Kommersiya banklarının xarici aktivlərinin həcmi azalıb
Sentyabr ayında kommersiya banklarının xalis xarici aktivlərinin həcmi 3 milyard 591,8 milyon manat təşkil edib.
Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, bu ötən ilin eyni dövrünə nisbətən 1 milyard 528,6 milyon manat az olub.
Həmçinin, kommersiya banklarının qeyri-rezidentlərin və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan hesablanmış manatla depozitlərinin həcmi 8 milyard 555,3 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 929,7 milyon manat çox olub.
Eyni zamanda, xarici valyutada depozitlərin həcmi 8 milyard 355,4 milyon manat təşkil edib ki, bu isə ötən ilə nisbətən 1 milyard 977,4 milyon manat az olub.
Nigar Məmmədova