29 
Okt
2020
12:12
563
22
4365
Virtual karabakh

Azərbaycanın Gürcüstan iqtisadiyyatındakı payı açıqlanıb - FOTO

29 Okt, 2020
12:12
4365

Azərbaycanın Gürcüstan iqtisadiyyatındakı payı açıqlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ikinci ölkədir.

Oxu.Az-ın Gürcüstanın Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar-sentyabr aylarında Gürcüstanın ixrac həcmində ilk 10 ticarət tərəfdaşının payı 76,9 faiz təşkil edib. İxrac həcminə görə ilk üç tərəfdaş ölkə - Çin (355,3 milyon ABŞ dolları), Azərbaycan (327,9 milyon ABŞ dolları) və Rusiya (308,6 milyon ABŞ dolları) olub.

Gürcüstandan Azərbaycana idxal edilən məhsulların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz azalıb. Siyahıda Azərbaycan ixrac edilən məhsulların həcminə görə, Çindən sonra ikinci ölkədir. Gürcüstan Rusiya, Bolqarıstan, Ukrayna, Türkiyə və Ermənistandan daha çox Azərbaycana məhsul ixrac edir. Azərbaycan ümumi ixracın 13,6 faizini təşkil edir.

Gürcüstana ən çox məhsul idxal edən ölkələr sırasında isə Azərbaycan ilk beş ölkə sırasındadır. Azərbaycan siyahıda Ermənistan, Ukrayna, Almaniya, İtaliya və Yaponiyanı geridə qoyub. Cari dövrdə Azərbaycan Gürcüstana 342,2 milyon dollar məhsul ixrac edib. Azərbaycan Gürcüstana ixrac edilən məhsulların 6 faizini təmin edir. 

İki ölkə arasında ticarət dövriyyəsinin həcmi isə 670,1 milyon dollar olub. Ticarət dövriyyəsinin 8,3 faizini Azərbaycan təşkil edir. Ticarət dövriyyəsində Gürcüstanın ən çox əməliyyat apardığı ölkələr siyahısında Azərbaycan dördüncü ölkədir.   

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri