29 
Okt
2020
14:24
397
49
2949
Virtual karabakh

Siyəzəndə koronavirusla bağlı polis reydi - FOTO

29 Okt, 2020
14:24
2949

Siyəzəndə koronavirusla bağlı polis reydi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirusun (COVID-19) kütləvi yayılmasının qarşısının alınması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir. 

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisindəki ticarət mərkəzlərində, aptek və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda mütəmadi olaraq reydlər keçirir, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə izahedici söhbətlər aparırlar. 

Bundan əlavə, insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında xidmət aparan polis əməkdaşları sosial məsafəni gözlənilməsinə nəzarət etməklə yanaşı, sakinlərə tibbi maska paylayırlar.

Həmçinin, RPŞ-nin DYP bölməsinin inspektorları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, onlara marşrut avtobuslarında və taksilərdə tibbi maskadan istifadə edilməsinin vacibliyi barədə məlumatlar verirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri