30 
Okt
2020
17:18
1872
28
8612
Virtual karabakh

Xaricdə yaşayan azərbaycanlılara düşmənlə mübarizədə dəstək olaq!

30 Okt, 2020
17:18
8612

Xaricdə yaşayan azərbaycanlılara düşmənlə mübarizədə dəstək olaq!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın müzəffər ordusunun döyüş meydanında ard-arda qalibiyyətlər qazanaraq, torpaqlarımızı işğal altından azad etməsi ilə barışa bilməyən Ermənistan hər cür çirkin əməllərə əl atır. İndi də Ermənistan özünün radikal diasporu vasitəsilə xaricdə yaşayan azərbaycanlılara qarşı hədə-qorxu kampaniyasına başlayıb.

Erməni diasporunun mənfur hücumlarının hədəflərindən biri də ABŞ-ın Los-Anceles şəhərində polis idarəsinin rəis müavini çalışan azərbaycanlı Fəxri Mizəquliyevdir. Los-Ancelesin Ermənistan olduğunu açıqca bəyan edən ermənilər bu şəhərin polis idarəsinə təzyiq göstərirlər ki, F.Mirzəquliyev işindən azad olunsun. Ermənilər hər vəchlə çalışır ki, heç bir ölkədə Azərbaycanlılar nüfuzlu vəzifələrdə çalışmasın.

Buna etiraz olaraq, Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki Baş konsulluğu hərəkətə keçmiş və bu şəhərdə yaşayan azərbaycanlılarla birlikdə Los Anceles şəhərinin polis idarəsinə F.Mirzəquliyevi dəstəkləyən, erməni diasporunun təxribatlarına uymamağa səsləyən müraciət və məktublar ünvanlanmağa başlayıb. 

Məktublarda qeyd edilir ki, ermənilərin Los-Ancelesdə cəzasızlıq mühitinə son verilməli, onların azərbaycanlılara qarşı hədə-qorxularına son qoyulmalı və F.Mirzəquliyevə qarşı təzyiqlər dayandırılmalıdır.  

Hamını bu kampaniyaya qoşulmağa və əlavə olunan nümunəyə uyğun hazırlanmış elektron məktubu https://lasd.org/contact-us/ əlaqə ünvanı vasitəsilə Los-Anceles Polis İdarəsinə göndərməyə dəvət edirik.

#BizBirlikdəGüclüyük

#QarabağAzərbaycandır

Dear Sheriff Alex Villanueva,

Mr. Fakhri Mirzaguliyev, a Deputy Sheriff of the Los Angeles Sheriff's Department, has been harassed for some time already by the radical Armenian diaspora who threatens him with the removal from office merely because of his ethnic background. He is an American citizen from Azerbaijan.  

This outrageous behaviour is the result of the atmosphere of impunity with which the local Armenian special interests lobby has been "blessed" in Los Angeles for many years now, which convinces them that they can even bully law-abiding citizens and members of the law enforcement agencies, just because of their ethnic Azerbaijani background.

I call on you to condemn this racist and illegal campaign and reject all vicious attempts aimed at harming the career of one of your own colleagues with outstanding professional record.

Sincerely...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri