16 
Noy
2020
11:10
513
95
4278
Virtual karabakh

Hakim Sabit Bəhramzadə: “İşğaldan azad olunan torpaqlarımızda ədalət mühakiməsi aparacağıq”

16 Noy, 2020
11:10
4278

Hakim Sabit Bəhramzadə: “İşğaldan azad olunan torpaqlarımızda ədalət mühakiməsi aparacağıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ay bütün Azərbaycan xalqı üçün əlamətdar günlərlə yadda qaldı. Müzəffər və rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində olduqca böyük qələbə qazandı.

Bu barədə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin hakimi Sabit Bəhramzadə özünün məqaləsində qeyd edib.

O bildirib ki, 30 ilə yaxındır düşmən işğalında olan tarxii Azərbaycan torpaqları nəhayət öz həqiqi sahibinə, Azərbaycana geri qaytarıldı:

“Bildiyiniz kimi doğma torpaqlarımız işğaldan azad edildi. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Bu çox böyük və şərəfli qələbədir. Bu qələbə sevincini bizə yaşatdığına görə сənab Ali Baş Komandana, Azərbaycan Ordusuna dərin minnətdarlığımı bildirirəm. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Biz bundan sonra işğaldan azad olunmuş doğma torpaqlarımızda da ədalət mühakiməsini həyata keçirəcəyimizə görə böyük şərəf hissi duyuruq. Yaşasın Azərbaycan!”.

S. Bəhramzadə məqaləsində qarşıdan gələn ədliyyə işçilərinin peşə bayramı münasibətilə ədliyyə orqanlarının əməkdaşlarını da təbrik edib:

“Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə təsis olunub. Bu il ölkəmizdə ədliyyə orqanlarının yaradılmasının 102-ci ili qeyd olunacaq.

Azərbaycanda ədliyyə və məhkəmə sisteminin xalqımızın müstəqillik uğrunda  mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı sözügedən fəaliyyət istiqamətində səmərəliliyi olduqca artırılıb. Bu gün məhkəmə-hüquq sistemində ədalət mühakiməsinin mexanizmlərinin effektiv fəaliyyəti təmin edilib, hakimlər və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılıb və yüksək informasiya texnologiyalarının tətbiqi təmin edilib. Elektron Məhkəmə İnformasiya Sisteminin yaradılması ilə işlərin operativliyi və vətəndaşların əlçatanlığı istiqamətində mühüm addımlar atılıb.

Məhz ölkə rəhbərliyinin təşəbbüsü ilə aparılan islahatlar nəticəsində ədliyyə sistemində olduqca mühüm nailiyyətlər əldə edilib. Mən bu nailiyyətlərə və ümumilikdə ədliyyə işçilərinin peşə bayramı günü ilə əlaqədar həmkarlarımı, bütün ədliyyə işçilərini təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri