19 
Noy
2020
09:54
394
20
2286
Virtual karabakh

Azərbaycanda benzin istehsalı artıb - FOTO

19 Noy, 2020
09:54
2286

Azərbaycanda benzin istehsalı artıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda yanvar-oktyabr aylarında 2 milyard 520,5 milyon manat dəyərində neft məhsulları istehsal olunub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,2 faiz azdır.

Ölkədə 2020-ci ilin 10 ayı ərzində 957,8 min ton avtomobil benzini, 1693,9 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 1,1 faiz artıb, dizel yanacağının istehsalı isə 1,2 faiz azalıb.

Eləcə də, neft məhsullarından neft bitumunun istehsalı 46 faiz, sürtkü yağlarının istehsalı 9,1 faiz artıb, ağ neftin istehsalı 16,9 faiz, neft koksunun istehsalı 17,1 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 20,4 faiz, yanacaq mazutunun istehsalı 51,7 faiz azalıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri