19 
Noy
2020
11:06
290
17
4184
Virtual karabakh

Azərbaycanda qazma əməliyyatlarını həyata keçirəcək yeni şirkət yaradıldı

19 Noy, 2020
11:06
4184

Azərbaycanda qazma əməliyyatlarını həyata keçirəcək yeni şirkət yaradıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oil Rocks Drilling Company” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinin reyestrindən keçib.

Şirkət SOCAR-ın “Azneft” İstehsalat Birliyi ilə eyni olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ev.73 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 10 000 manat həcmindədir. Yeni şirkətin qanuni təmsilçisi Ramiz Həsənovdur. O, eyni zamanda SOCAR-ın Kompleks Qazma İşləri Trestinin müdiri vəzifəsini icra edir.

Adından göründüyü kimi MMC-nin qazma fəaliyyətini icra edəcəyi gözlənilir. 

Məhdud məsuliyyətli cəmiyyət 27 oktyabr 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri