19 
Noy
2020
10:21
583
11
5793
Virtual karabakh

Kəlbəcər meşələri erməni barbarlığı ilə üz-üzə: Təbiətin rəngini qaytaracağıq - VİDEOREPORTAJ

19 Noy, 2020
10:21
5793

Kəlbəcər meşələri erməni barbarlığı ilə üz-üzə: Təbiətin rəngini qaytaracağıq - VİDEOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəlbəcəri təhvil verən ermənilər meşələri yandırır, ağacları qırıb özləri ilə aparırlar.

Baku TV bu xəbərlər fonunda kəlbəcərlilərlə söhbətləşib.

Onlar tezliklə Kəlbəcəri yenidən dirçəldib, daha gözəl ağaclar əkmək arzusundadırlar.

Dağların qoynunda yerləşən Kəlbəcər rayonu qiymətli ağacları, sıx meşələri ilə seçilib. Düşmən isə bu cənnəti məhv etməklə, ağacları qırıb apararaq, oranı tərk edir.

Gənc yaşlarından doğma rayonunda meşəbəyi işləyən Vaqif İmranov bildirir ki, onun nəzarət etdiyi meşəlik ərazilər qiymətli ağaclarla zəngin olub:

“Düşmənin yandırdığı ərazilər bizim kəndin, Abdullauşağının, Qaraçanlının, Mozun və Ağyatağın ərazilərini əhatə edən meşəlik ərazidir.

Orada qiymətli ağaclar vardı, onu da məhv edirlər. Çıxıb gedirlər, ev-eşikləri yandırırlar. Oraya qayıdan kimi o meşələri bərpa edəcəyik. Təzədən bütün Qarabağ zonasından bu yaşıl ağacları gətirəcəyik, orada əkib becərəcəyik. O meşələrin yerini boş qalmağa qoymayacağıq”.

Qışda qarlı mənzərəsi, yayda sərin meşələri, bulaqları ilə tanınan Kəlbəcərə ölkənin bütün bölgələrindən insanlar axışırdı. Çay kənarında çadırlar qurub təbiətin mənzərəsini seyr edirdilər.

Vaqif İmranov o illəri belə xatırlayır.

“Respublikanın hər yerindən bizim rayona, kəndlərə dincəlməyə gəlirdilər. Çay qırağı vardı, Ağdam, Yevlax, Gəncədən gəlib Kəlbəcərdə dincəlirdilər. Mən də onlara yol göstərirdim”.

Daha ətraflı Baku TV-nin videosüjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri