19 
Noy
2020
11:12
239
73
2817
Virtual karabakh

Şəkidə karantin qaydalarını pozan çayxana aşkar edildi - FOTO

19 Noy, 2020
11:12
2817

Şəkidə karantin qaydalarını pozan çayxana aşkar edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Bideyiz kəndi ərazisində yerləşən çayxananın qanunsuz olaraq gizli fəaliyyət göstərdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 20-yə yaxın müştərinin və icarədarın sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri