19 
Noy
2020
10:48
286
55
1762
Virtual karabakh

Qubada karantin rejimini pozan şəxslər cərimə olundular

Qubada karantin rejimini pozan şəxslər cərimə olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Zöhrab Abdullayev və orada olan 17 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətirilib. 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Keçirilmiş digər bir tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən telefon satışı və təmiri mərkəzi aşkarlanıb. Həmin obyektin fəaliyyəti də dayandırılıb, sahibi Rəhman Süleymanov və orada çalışan iki işçi barədə inzibati qaydada tədbirlər görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri