19 
Noy
2020
12:49
527
7
1341
Virtual karabakh

Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların həcmi artıb

19 Noy, 2020
12:49
1341

Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların həcmi artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların həcmində artım müşahidə olunub.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, bu il ölkəmizdən Türkiyəyə 2 milyard 319,8 milyon dollar dəyərində məhsul ixrac edilib. Ötən ilə nisbətən Türkiyəyə ixrac edilən məhsulların həcmi 0,22 faiz və ya 5,1 milyon dollar artıb.

Müvafiq dövr ərzində Türkiyədən Azərbaycana 1 milyard 271,9 dollar həcmində məhsul idxal olunub. İdxal həcmi ötən ilin eyni dövrü il müqayisə 4,1 faiz və ya 54,9 milyon dollar azalıb.

Bu il ərzində Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 3 milyard 591,7 milyon dolları təşkil edib. Ümumi ticarət dövriyyəsinin həcmi ötən ilə nisbətən 1,4 faiz azalıb.

Türkiyə Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr renkinqində İtaliyadan sonra II yerdədir. Eləcə də, ixracda əsas ölkələr renkinqində İtaliyadan sonra, idxalda əsas ölkələr renkinqində isə Rusiyadan sonra ikincidir.

Qeyd edək ki, ötən il Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 3 milyard 641,5 milyon dollar olub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri