19 
Noy
2020
14:21
203
134
12788
Virtual karabakh

Prezidentin köməkçisindən Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ

19 Noy, 2020
14:21
12788

Prezidentin köməkçisindən Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gündəlik əsasda rəqəmlər onu göstərir ki, koronavirusa yoluxma artır. Artıq rəqəmlər 2000-i keçib, eyni zamanda, yoluxma nəticəsində ölənlərin sayı da çoxluq təşkil edir”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, Vətən Müharibəsi ilə yanaşı, ikinci cəbhədə - koronavirus cəbhəsində mübarizəmiz davam edir:

“Son dövrlər dünya miqyasında koronavirusa yoluxma sayının artdığı müşahidə edilir. Qonşu ölkələr - Gürcüstan, Rusiya, İran, Türkiyədə yoluxma saylarının artımında dinamika müşahidə olunur.

Avropa İttifaqı ölkələri, o cümlədən, dünyanın başqa ölkələrində də yoluxma artır. Azərbaycanda COVID-19-a yoluxma rəqəmlərinin gündəlik əsasda artım tendensiyası narahat doğuracaq saydadır.

Bu da ciddi narahatlıq mövzusudur. Vətən Müharibəsində olduğumuzu nəzərə alaraq, koronavirusa yoluxma sayı hər kəsi narahat edir”.

O vurğulayıb ki, yaralı əsgərlərimizin müalicəsi də səhiyyə sisteminin qarşısında duran vəzifələrdəndir:

“Səhiyyə sistemi iki cəbhədə işini görür. Bununla bərabər, koronavirus xəstələrinin sayının artması narahatedicidir. Kim Vətən Müharibəsinə öz töhfəsini vermək istəyirsə, qaydalara riayət etməlidir”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri