19 
Noy
2020
14:25
20
204
7422
Virtual karabakh

Koronavirusa yoluxanların özünümüalicəsinin təhlükəsi açıqlandı - RƏSMİ

19 Noy, 2020
14:25
7422

Koronavirusa yoluxanların özünümüalicəsinin təhlükəsi açıqlandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son günlər koronavirusa yoluxan xəstələrin özünümüalicə tendensiyası artır”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bəzi insanlar tibb müəssisələrinə məlumat vermədən özünümüalicəyə üstünlük verirlər:

“Bu, qorxulu tendensiyadır. Son ağırlaşma məqamında tibb müəssisələrinə müalicə üçün müraciət edirlər. Reanimasiya məntəqələrinin boş saxlanılması və zəruri hallarda istifadə edilməsi üçün bu kimi hallara yol verilməməlidir”.

O qeyd edib ki, insanların çoxluq təşkil etdiyi yerlərdən uzaq durmaq tövsiyə edilir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri