21 
Noy
2020
16:55
1259
23
5632
Virtual karabakh

Ağdamda ağacəkmə coşqusu - FOTO/YENİLƏNİB

21 Noy, 2020
16:55
5632

Ağdamda ağacəkmə coşqusu - FOTO/YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad olunmuş Ağdam rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla və böyük ruh yüksəkliyi ilə ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdamda ağac əkilməsi çağırışına rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə digər qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri də sevinc və fəxrlə qatılıb.

Hər kəs Qarabağ bölgəsində Ermənistanın işğalçı ordusu tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpasına, Ağdamın gözəlləşməsinə, doğma torpaqlarımıza Böyük Qayıdış təntənəsinə öz töhfəsini verməyə çalışıb.

Ölkə üzrə həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində Ağdam rayonu ərazisində də baş tutan aksiyada, əsasən yerli şəraitə uyğun Şərq çinarı olmaqla, 1000-dək müxtəlif cinsli ağac əkilib, palıd və digər meşəcinsli ağac toxumları səpilib. 
 
Xatırladaq ki, işğaldan azad olunmuş Füzuli və Zəngilan rayonlarının ərazilərində də yaşıllıqların bərpası məqsədilə ağacəkmə aksiyaları keçirilib və bu cür kütləvi ağacəkmə  tədbirlərinin bütün Qarabağ bölgəsində təşkili nəzərdə tutulur.

12:46

Hazırda işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilir.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, payız ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizdə də müxtəlif cinsli ağaclar əkilir:

“Hazırda Ağdam rayonunun ərazisində əsasən, Xan çinarı və müxtəlif cinsli ağac tingləri əkilir. Eyni zamanda, palıd və digər meşəcinsli toxumlar səpilir”. 

İ.İbrahimova qeyd edib ki, ETSN-nin ağacəkmə aksiyasına bütün qurumlar, ictimaiyyət nümayəndələri də böyük ruh yüksəkliyi və coşqu ilə qoşulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri